Uşaq qastroenteroloquna nə zaman müraciət etmək lazımdır?
Uşaqlarda mədə bağırsaq şikayətləri (qəbzlik, uzun müddətli ishal, mədə ağrısı, qusma və s) ciddi və uzunmüddətlidirsə mütləq uşaq qastroenteroloquna müraciət etməlisiniz.
Uşaq qastroenteroloqu müayinəsində hansı prosedurlar aparılır?
Uşaq qastroenteroloqunun müayinəsində həkim təyin etdikdən sonra sedasiya altında qastroskopiya (xüsusi alətlə mədə və nazik bağırsaqların ilk şöbəsinə baxmaq), kolonoskopiya (uyğun bağırsaq təmizliyi verildikdən sonra xüsusi alətlə yoğun bağırsaqlara baxmaq) kimi müayinələr edilir.
Uşağımda uzun müddətli qəbizlik varsa nə etməliyəm?
Əgər uşaq uzun müddət (1aydan çox) qəbz olursa səbəbini aydınlaşdırmaq üçün uşaq qastroenteroloquna müraciət etmək lazımdır. Qəbzliyin başlama yaşına görə müayinə və müalicə taktikası fərqli olur. Müalicə həkim və valideynin birlikdə iş birliyi ilə uzun müddətli aparılır.
Uşağım yemək yemir və iştahsızdır,hansı müayinələr lazımdır?
Əgər uşaq iştahsızdırsa əvvəlcə xəstəlik səbəbi iləmi yoxsa psixogen səbəbdənmi olduğunu aydınlaşdırmaq lazımdır. Bunun üçün pediatr və ya uşaq qastroenteroloquna müayinə olunduqdan sonra qan,sidik, nəcis analizləri verilir (çünki bəzi xəstəliklər iştahsızlıqla başlaya bilər) və sonucuna görə müalicə təyin edilir.
Uşağım tez-tez qarın ağrısından şikayət edir,səbəbi nə ola bilər?
Əgər qarın ağrısı yüngüldürsə, uşağı sakit saxlayın, az-az maye verin və qusma, ishal, qəbizlik, hərarət kimi əlamətləri izləyin. Ağrı şiddətlidirsə, sağ aşağı qarında toplanırsa, qarın sərtdirsə, təkrarlayan və ya yaşıl qusma, nəcisdə qan, yüksək hərarət, halsızlıq varsa təcili həkimə müraciət edin. Ağrı 2 saatdan uzun çəkirsə, tez-tez təkrarlanırsa və ya uşağın ümumi vəziyyəti yaxşı deyilsə, özbaşına ağrıkəsici və antibiotik vermədən pediatr və ya uşaq qastroenteroloquna göstərin.