
Körpələrdə Əlavə Qidaya Keçid
Valideynlər üçün ətraflı bələdçi
Giriş
Həyatın ilk 6 ayında körpələrin əsas qidası ana südüdür. Ana südü mümkün olmadıqda yaşa uyğun körpə formulaları istifadə olunur.
Təxminən 6 aylıq dövrdən sonra körpənin enerji, dəmir, sink, protein və bəzi vitamin ehtiyacları yalnız süd ilə tam qarşılanmır. Bu səbəbdən əlavə qidalara başlanılır.
Əlavə qidaya keçidin məqsədi:
Əlavə qidaya nə zaman başlanmalıdır?
Müasir tövsiyələrə görə:
əlavə qidalara təxminən 6 aylıq yaşda başlanmasını tövsiyə edir.
Əlavə qidaya başlamaq üçün körpədə aşağıdakı əlamətlər olmalıdır:
✓ Başını dik saxlaya bilir
✓ Dəstəklə otura bilir
✓ Qaşıqla verilən qidanı qəbul edir
✓ Dil çıxarma refleksi zəifləyib
✓ Qidaya maraq göstərir
Erkən başlanmanın riskləri
4 aydan əvvəl əlavə qidaya başlanması tövsiyə edilmir.
Mümkün risklər:
Gec başlanmanın riskləri
7–8 aydan sonra başlanması da arzuolunmazdır.
Risklər:
Allergiyası olan uşaqlarda əlavə qida
Keçmişdə allergen qidaların gec verilməsi tövsiyə olunurdu.
Müasir yanaşma dəyişmişdir.
Aşağıdakı qidaların gecikdirilməsi tövsiyə edilmir:
Əksinə, yaşa uyğun dövrdə təqdim olunmaları allergiya riskini azalda bilər.
Yüksək riskli körpələr
Əgər körpədə:
allergen qidaların təqdimatı pediatr/allergoloq nəzarətində planlaşdırılmalıdır.
Körpədə qida allergiyası varsa
İnək südü allergiyası olan körpələrdə:
Əlavə qidalar isə yaşa uyğun davam etdirilir.
Lazımsız çoxsaylı qida qadağalarından qaçmaq lazımdır.
6 aylıq körpə üçün nümunə menyu
Səhər:
Ana südü və ya formula
Günorta:
2–3 çay qaşığı tərəvəz püresi
(kabak, balqabaq, kök)
Axşam:
Ana südü və ya formula
Məqsəd:
Dad öyrənmək, doyurmaq deyil.
7 aylıq körpə üçün nümunə menyu
Səhər:
Ana südü
Ara:
Meyvə püresi
(alma, armud)
Günorta:
Tərəvəz püresi + mal əti və ya toyuq
Axşam:
Ana südü
8 aylıq körpə üçün nümunə menyu
Səhər:
Yulaf sıyığı
Ara:
Yoqurt (əgər allergiya yoxdursa)
Günorta:
Tərəvəz + ət
Axşam:
Meyvə
Bu dövrdə teksturalı qidalara keçmək vacibdir.
9–10 aylıq körpə
Artıq:
təqdim edilə bilər.
Qaşıqla özünün yeməsinə imkan verilməlidir.
11–12 aylıq körpə
Ailə süfrəsinə yaxınlaşma dövrüdür.
Qidalar:
✓ Tərəvəzlər
✓ Meyvələr
✓ Taxıllar
✓ Ət
✓ Balıq
✓ Paxlalılar
✓ Süd məhsulları
gündəlik istifadə oluna bilər.
Tez-tez edilən səhvlər
❌ Şəkər əlavə etmək
❌ Duz əlavə etmək
❌ Meyvə şirəsi vermək
❌ Məcburi yedirtmək
❌ Televizor qarşısında qidalandırmaq
❌ Qidanı çox gec teksturalandırmaq
Qətiyyən verilməməli qidalar
12 aya qədər:
❌ Bal
❌ Çiy yumurta
❌ Pastörizə olunmamış süd məhsulları
❌ Bütöv fındıq və qoz
❌ Popkorn
❌ Şəkərli içkilər
Əlavə qidaya keçiddə ən vacib 10 prinsip
Pediatrik qastroenteroloq və dietoloq baxışından ən vacib mesaj
Əlavə qidaya keçidin məqsədi ilk aylarda körpəni doyurmaq deyil, ona müxtəlif dadları, teksturaları və sağlam qidalanma vərdişlərini öyrətməkdir. Müasir elmi məlumatlar göstərir ki, allergen qidaların səbəbsiz gecikdirilməsi allergiyadan qorumur, əksinə bəzi hallarda riskin artmasına səbəb ola bilər. Dəmir tərkibli qidaların (ət, yumurta, paxlalılar) 6-cı aydan etibarən rasiona daxil edilməsi xüsusilə vacibdir.
Ədəbiyyat